Tacikistan-Qırğızıstan sərhədində atışma baş verib, 2 nəfər yaralanıb


15:55     29 Aprel 2021 21_04_29_1619694637.jpg

Tacikistan ilə Qırğız Respublikası sərhədində baş vermiş atışma nəticəsində Tacikistanın 2 vətəndaşı güllə yarası alıb.

Femida.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.

Mərkəzin verdiyi məlumata görə, yerli vaxtla saat 11:45-də Qırğız Respublikası vətəndaşları Tacikistan vətəndaşlarına odlu silahdan atəş açıb. Atışma nəticəsində Somoniyon qışlağının sakini 31 yaşlı Okil Amakov başından yaralanıb və İsfara şəhərinin mərkəzi xəstəxanasına aparılıb. Həkimlər onun vəziyyətini son dərəcə ağır qiymətləndirirlər.

Bundan başqa, Somoniyonun 30 yaşlı sakini Sattor Samadov qolundan və ayağından çoxsaylı yaralar alıb. O da İsfara şəhərinin mərkəzi xəstəxanasına yerləşdirilib və vəziyyəti orta ağır qiymətləndirilir.

Qırğız Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi Tacikistan sərhədçilərini sərhəddə avtomat və minaatanlardan atəş açmaqda günahlandırıb.

Açar sözlər:

Oxunub: 704


Oxşar xəbərlər