Apellyasiya müraciətləri üçün qeydiyyat başa çatıb


17:57     29 Aprel 2021 1442037015_trend_tehsil_nazirliyi_education_ministre_300615_3.jpg

Müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən onlayn müsahibələrdə uğur qazanmayan namizədlərin apellyasiya müraciətləri üçün qeydiyyat yekunlaşıb.

Təhsil Nazirliyindən Femida.az-a bildirilib ki, namizədlərin apellyasiya müraciətlərinə əsasən təkrar onlayn müsahibələr keçiriləcək. Müsahibələrin mayın 7-8-də təşkili nəzərdə tutulub. Apellyasiya müraciətini təsdiq edən namizədlərin şəxsi səhifələrinə onlayn müsahibənin vaxtı barədə məlumat göndəriləcək.

Açar sözlər:

Oxunub: 621