Keçmiş məhkum narkotiklə tutuldu


17:59     29 Aprel 2021 2021/04/16197-1619702320_1619704793.jpg

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini C.Paşayevdən 475 qram marixuana aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini əvvəllər məhkum olunan C.Paşayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 475 qram marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 794