Lavrov Azərbaycana gəlir


18:03     29 Aprel 2021 lavrov_25.jpg

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 10-11-də Azərbaycana səfər edəcək.

Femida.az-ın məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, nazir, həmçinin mayın 5-6-da Ermənistana gedəcək.

Səfərlər zamanı ikitərəfli və regional əməkdaşlıq məsələlərinin, eləcə də beynəlxalq arenada əməkdaşlığın müzakirəsi gözlənilir. Əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının icrasına yönələcək.

Açar sözlər:

Oxunub: 734