Əlillik təyinatı ilə bağlı yenilik - Nazir açıqladı


18:56     29 Aprel 2021 araba%20elil8.jpg

"Əlilliyin müəyyən olunması” meyarları ilə bağlı layihədə bir sıra yeniliklər nəzərdə tutulur".

Femida.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda keçirilən dinləmədə deyib.

Nazir bildirib ki, əlillik artıq üç dərəcə ilə və ya sağlamlıq imkanları məhdud kimi dar çərçivədə deyil, daha geniş spektrdə, faiz diapazonunda dəyərləndiriləcək.

S.Babayev qüvvədə olan normativ hüquqi aktların bu layihəyə uyğunlaşdırılması məqsədilə ediləcək təklifləri diqqətə çatdırıb, həmçinin yeni meyarlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsi layihəsindən bəhs edib.

Açar sözlər:

Oxunub: 795