BP-dəki azərbaycanlıların sayı açıqlanıb


19:07     29 Aprel 2021 BP%20Azerbaijan%20loqo%20111012.jpg

Birinci rübün sonuna BP şirkətinin işçisi olan Azərbaycan vətəndaşlarının sayı 2425 nəfər təşkil edib.

“BP Azerbaijan” şirkətindən Femida.az-a bildirilib ki, buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

“2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir. BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək”, - deyə məlumatda qeyd olunur.

Açar sözlər:

Oxunub: 772


Oxşar xəbərlər