NATO qoşunlarını Əfqanıstandan çıxarmağa başladı


20:19     29 Aprel 2021 2021/04/nato-1619713383_1619716816.jpg

NATO-nun “Qətiyyətli dəstək” əməliyyatında iştirak edən qüvvələrinin Əfqanıstandan çıxarılmasına başlanılıb.

Femida.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“NATO ölkələrinin hərbi qüvvələrinin çıxarılmasına başlanıb, proses nizamlı və koordinasiyalı şəkildə həyata keçirilir”, - agentliyə NATO-dakı mənbə bildirib.

Qeyd edək ki, NATO-nun Əfqanıstandakı kontingentinə 10 mindən çox şəxs daxildir.

Açar sözlər:

Oxunub: 716