Qırğızıstan-Tacikistan sərhədində atışmada ölənlərin sayı 20 nəfərə çatıb


10:10     30 Aprel 2021 2021/04/5b8c48c7-fe04-37d3-842d-ed33ff51930c_850_1619763109.jpg

Qırğızıstan ilə Tacikistan sərhəddində aprelin 29-da baş verən silahlı münaqişə nəticəsində hər iki tərəfdən ölənlərin sayı 20 nəfərə çatıb.

Femida.az “24.kg” saytına istinadən xəbər verir ki, Qırğızıstan tərəfdən 13, Tacikistan tərəfdən isə 7 nəfər ölüb.

Hər iki tərəfdən 150 nəfərdən çox yaralı var.

Qeyd edək ki, aprelin 29-da iki ölkənin sərhəd rayonlarının mülki vətəndaşları arasında başlamış insident sonradan qırğız və tacik hərbçiləri arasında silahlı toqquşmaya çevrilib. Toqquşmalar 6 saatdan çox davam edib.

Ötən gecə saatlarında hər iki ölkə atəşkəs elan etmək və silahlı qüvvələrini geri çəkmək barədə razılığa gəlib.

Açar sözlər:

Oxunub: 634