Qırğızıstan-Tacikistan sərhədində yenidən atışma başladı


12:42     30 Aprel 2021 2021/04/qirqi-1619769193_1619771089.jpg

Qırğızıstan-Tacikistan sərhədinin Leyl bölgəsində yenidən atışma başlayıb.

Femida.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Bildirilib ki, atışma bir saatdır davam edir.

Aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhəd bölgələrinin sakinləri arasında insident baş verib. Daha sonra iki ölkənin hərbçiləri arasında silahlı qarşıdurma yaşanıb.

Toqquşma altı saatdan çox davam edib. Hadisə nəticəsində 150-dən çox insan yaralanıb, 20 nəfər ölüb. Axşam saatlarında tərəflər atəşkəs və qüvvələrin sərhəddən çəkilməsi barədə razılığa gəlmişdilər.

Açar sözlər:

Oxunub: 1097