İsraildə ölənlərin sayı 45-ə çatdı - Ölkədə matəm elan olundu


15:17     30 Aprel 2021 21_04_30_1619783841.jpg


İsraildə keçirilən Laq ba-Omer dini tonqal qalama mərasimi zamanı yaranan izdiham nəticəsində ən azı 45 nəfər ölüb.

Femida.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

İsrailin Meron dağı yaxınlığında keçirilən Laq ba-Omer dini mərasimi zamanı baş vermiş faciə ilə əlaqədar mayın 2-si ölkədə milli matəm günü elan edilib.

Bunu İsrailin Baş naziri Binyamin Netanyahu videomüraciətində bildirib.

Femida.az

Açar sözlər: #İsrail  

Oxunub: 487