Qeyri-sabit hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ


15:39     30 Aprel 2021 yagis6.jpg


Bakıda mayın 1-i gündüz, Abşeron yarımadasında isə mayın 2-i arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir.

Femida.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Azərbaycanın rayonlarında mayın 3-ü gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 1218