Azərbaycan Prezidenti israilli həmkarına başsağlığı verib


16:45     30 Aprel 2021 21_04_30_1619789727.jpg

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə başsağlığı məktubu ünvanlayıb.

Femida.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Meron dağında keçirilən dini mərasim zamanı çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi son dərəcə sarsıtdı.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İsrail xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Femida.az

Açar sözlər: #Prezident   #İsrail   #başsağlığı  

Oxunub: 943