Tacikistanla toqquşmada ölən qırğızların sayı 31 nəfərə çatıb


16:55     30 Aprel 2021 21_04_30_1619787350.jpg


Tacikistanla sərhəddə baş verən qarşıdurmada ölən Qırğızıstan vətəndaşlarının sayı 31-ə çatıb, 154 nəfər yaralanıb.

Femida.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Eliza Soltonbekov mətbuat konfransında bildirib.

"Qırğızıstan-Tacikistan sərhədindəki qarşıdurmada yaralıların sayı 154 nəfərə çatıb, 31 nəfər ölüb”, - o deyib.

Nazir müavininin sözlərinə görə, zərərçəkənlərin 121 nəfəri mülki şəxslərdir.

29 apreldə Qırğızıstan və Tacikistanın sərhəd bölgələri sakinləri arasındakı qarşıdurma iki ölkənin hərbçiləri arasında silahlı qarşıdurmaya çevrilib. Toqquşma altı saatdan çox davam edib. Tərəflər atəşkəs və qüvvələrin sərhəddən çəkilməsi barədə razılığa gəlsələr də, bu gün atışmanın olması barədə məlumatlar yayılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 773