Ətin qiyməti ilə bağlı - Nazirlikdən açıqlama


18:45     28 Dekabr 2015 74008947.jpg

Son günlər bəzi KİV-lərdə ətin qiymətinin artması barədə yayılan məlumatların heç bir əsası yoxdur. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına mütəmadi olaraq nəzarət olunur və ətin qiymətində hər hansı dəyişiklik qeydə alınmayıb.


Bu barədə Femida.az Nazirliyin saytına istinadən məlumat verir.

Məlumata görə, hazırda Bakıdakı satış məntəqələrində mal ətinin 1 kq-ı istehlakçılara 6,50-8 manat arasında təklif edilir. Qoyun ətinin 1 kq-ı isə əvvəlki aylarda olduğu kimi, 8-10 manata satılır. Bununla yanaşı, artıq Bakı və Sumqayıt şəhərlərində Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə satış yarmarkaları fəaliyyət göstərir.

Həmin yarmarkalarda mal ətinin 1 kq-nın qiyməti 5,50-6 manat arasındadır.
Ölkə regionlarında isə ət istehlakçılara daha ucuz qiymətə təklif edilir.
Bir daha KİV-lərə qiymətlərlə bağlı məsələlərə diqqətlə yanaşmaları tövsiyə olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 1103