Masallıda ər və arvadı bıçaqlanıb


19:10     30 Aprel 2021 21_04_30_1619796831.jpg

Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Femida.az -ın verdiyi məlumata görə, hadisə rayonun Ərkivan qəsəbəsində qeydə alınıb.

Təxminən 20-25 yaşlarında olan ər və arvadı qohumları evə gələndə huşsuz vəziyyətdə döşəməyə yıxılmış formada tapıblar.

Hər ikisinin bıçaq xəsarətləri aldığı bildirilir. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Bıçaqlanan şəxslər 1986-cı il təvəllüdlü Eşqin Qədir oğlu Əbilzadə və 1995-ci il təvəllüdlü Nərmin Sadiq qızı Əbilzadədir.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1067