Goranboyda gənc qadını avtomobil vurub


20:22     30 Aprel 2021 21_04_30_1619798095.jpg

Goranboyda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Femida.az -ın məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən, Cəlilabad rayon sakini, 2000-ci il təvəllüdlü Aysun Sədrəddin qızı Kərimovanı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada elə hadisəni törətməkdə şübhəli bilinən sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

A.Kərimovanın vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 777