Bakıda avtomobil piyadanı vurdu, vəziyyəti ağırdır


10:38     01 May 2021 21_05_01_1619847000.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. Yolu keçən 1999-cu il təvəllüdlü Əliyev Əziz Həsən oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və çənə sümüyünün sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 797