Ötən gün yaşayış yerini tərk edən 5 COVID-19 xəstəsi saxlanılıb


11:12     01 May 2021 21_05_01_1619850601.jpg

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 30-da respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətin dən Femida.az-a verilən xəbərə görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Açar sözlər:

Oxunub: 374