Yerevanda atışma olub, icra başçısı və daha 3 nəfər yaralanıb


11:20     01 May 2021 21_05_01_1619851256.jpg

Ermənistanın paytaxtı Yerevanda mayın 1-də atışma və əlbəyaxa dava nəticəsində 4 nəfər yaralanıb.

Femida.az “Shamshyan”a istinadən xəbər verir ki, 3 nəfər güllə yarası, biri isə bıçaq yarası ilə hospitala yerləşdirilib.

Məlumata görə, yaralılardan biri Yerevanın Şenqavit və Malatiya rayonunun icra başçısıdır.

Bildirilib ki, polis hadisə yerindən tüfəng, tapança və güllə aşkarlayıb. Hadisənin səbəbi araşdırılır. Cinayət işi başlayıb.

Açar sözlər:

Oxunub: 880