Ağcabədidə iki yük avtomobili toqquşub, ölən var


12:19     01 May 2021 21_05_01_1619857203.jpg

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, rayonun Xocavənd kəndi ərazisində Goranboy rayon sakini Rəhbər Hümbətovun idarə etdiyi “VAZ-21060” və Bərdə rayon sakini Y.Mejdinovun idarə etdiyi “QAZ-53” markalı (qoşqulu yük) avtomobilləri toqquşub. Qəza nəticəsində ağır xəsarət alan R.Hümbətov və bir sərnişini xəstəxanaya yerləşdirilsə də, R.Hümbətovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 790