Azad Rəhimovun dəfn mərasimi məhdud çərçivədə keçiriləcək


13:09     01 May 2021 azad%20r4.jpg

Ötən gün vəfat edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun dəfn mərasimi məhdud sayda insanın iştirakı ilə keçiriləcək.

Bu barədə Femida.az-a nazirliyin Mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, mərasim mərhumun ailə üzvləri olmaqla təşkil olunacaq: "Dəfn mərasiminin harada və nə vaxt olacağı barədə mənə heç bir məlumat verilmir. Belə başa düşürəm ki, ictimai xadim olduğuna görə cənab nazirin dəfni dövlət səviyyəsində həyata keçiriləcək".

Qeyd edək ki, Azad Rəhimov ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.


Femida.az

Açar sözlər:

Oxunub: 903