Sərhəddəki atışmada Qırğızıstanın 33 vətəndaşı ölüb


13:47     01 May 2021 2021/05/17304-1619860462_1619862491.jpg

Tacikistanla sərhəddə baş vermiş atışma nəticəsində 33 Qırğızıstan vətəndaşı həyatını itirib.

Femida.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Ölü sayının artacağı istisna edilmir.

Xatırladaq ki, aprelin 29-da Qırğızıstanla Tacikistan sərhədinə yaxın ərazilərdə yaşayan yerli sakinlər arasında qarşıdurma olub. Qarşıdurma sonda iki ölkənin hərbçiləri arasında atışmalara səbəb olub. Silahlı insident 6 saat davam edib.

Aprelin 29-u axşam saatlarında tərəflər atəşkəs və hərbi qüvvələrin sərhəddən uzaqlaşdırılması barədə razılığa gəldilər. Lakin ertəsi gün atəşkəs pozularaq döyüşlər bərpa edilib. Aprelin 30-da isə ikinci dəfə atəşkəslə bağlı razılıq əldə olunub.

Açar sözlər:

Oxunub: 512