2016-da neftin aqibəti necə olacaq?


19:26     28 Dekabr 2015 neftttt68.jpg


Bilindiyi kimi, Mərkəzi Bank qəbul etdiyi qərarla “üzən valyuta” sisteminə keçib. Bu isə o deməkdir ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi manatın da məzənnəsinin aşağı enməsinə səbəb olacaq.

Sual yaranır:

Bundan sonra dünya bazarında neftin qiyməti hansı səviyyədə qalacaq?


Mövzu ilə bağlı Femida.az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban vurğulayıb ki, 2016-cı ilin birinci rübündə neftin qiymətində azalma müşahidə oluna bilər, lakin ikinci yarımildə artımın şahidi ola bilərik:

“Qeyd edim ki, gələn il neftin qiymətindəki proqnozlar cari ilə müqayisədə yüksəkdir. Gələn il üçün ən bədbin proqnoz hələ ki, 52 dollar hesablanıb. Orta proqnoz 54 dollar, pozitiv proqnoz isə 57 dollar civarında hesablanıb. Lakin bununla bərabər neftin qiymətinin 50 dollar və aşağı olması ilə bağlı ehtimallar da var. 2016-cı ilin əsas proqnozu ondan ibarətdir ki, ilin birinci yarısında neftin qiymətinin aşağı enməsinin şahidi ola bilərik. Lakin ilin ikinci yarısından neftin qiyməti qalxa bilər. Bu fikri deməyə əsas verən bir sıra nüanslar da var. Belə ki, İran nefti dünya bazarına çıxır. Bu hal, neftin qiymətinin daha da enməsinə səbəb ola bilər. Daha bir səbəb kimi ABŞ neftinin dünya bazarına çaxarılmasını göstərə bilərik. ABŞ neftinin dünya bazarına çıxarılması neftin qiymətinə, sözsüz ki, neqativ təsir edəcək. Bu iki fakt ondan xəbər verir ki, 2016-cı ilin birinci yarısında neftin qiyməti daha da aşağı düşəcək. Lakin düşünürəm ki, ilin ikinci yarısında neftin qiyməti bahalaşacaq”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 2897


Oxşar xəbərlər