Azərbaycana gələn şəxslər “Özünütəcrid barədə bəyannamə” dolduracaqlar


19:20     01 May 2021 2020/07/azal_esas_1594280136.jpg


Azərbaycana uçuş edən təyyarələrdəki sərnişinlər aviadaşıyıcılar tərəfindən paylanan “Özünütəcrid barədə bəyannamə”ni doldurmalıdır.

Femida.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ında etdiyi dəyişiklikdə əksini tapıb.

Aviadaşıyıcılar sərnişinlərə Azərbaycan Respublikasına gəldikdən sonra pasport nəzarətindən keçərkən həmin Bəyannamənin doldurulmasının və təqdim edilməsinin zəruriliyi barədə məlumat verməlidirlər. Sərhəd nəzarəti zamanı sərhəd nəzarəti orqanı sərnişinlər tərəfindən doldurulmuş Bəyannamələri toplayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 540