Türkiyədə koronavirusa yoluxma sayı xeyli azaldı


21:40     01 May 2021 21_05_01_1619892675.jpg


Türkiyədə son sutka ərzində 373 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 28 min 817 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 4 milyon 849 min 408, pandemiya qurbanlarının sayı isə 40 min 504 nəfərə çatıb.

Türkiyədə indiyədək 4 milyon 405 min 199 pasiyent (son sutkada 81 min 302 nəfər) sağalaraq evə buraxılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 953