Bakıda 29 yaşlı oğlanı öldürdülər - QƏTLİN TƏFƏRRÜATI


19:27     28 Dekabr 2015 15deb07c2984ebec52e1e0ed59aad0c3.jpg

Paytaxtın Binəqədi rayonunda baş verən qətlin səbəbi məlum olub.


Femida.az xəbər verir ki, Biləcəri qəsəbəsi Natiq Həşimi küçəsində 1983-cü il təvəllüdlü Bağırov Kamran Vahid oğlu tanışı, 1986-cı il təvəllüdlü Rüstəmov Cümşüd Əsədulla oğlunu bıçaqlayaraq qətlə yetirib.

Hadisə dekabrın 27-də rayonun Natiq Həşimi küçəsində qeydə alınıb. İlkin araşdırmalara görə, qətl söyüş üstündə törədilib. Bu K.Bağırova pis təsir edib və C.Rüstəmov ilə mübahisə edib. Nəticədə 29 yaşlı Cümşüd bıçaqlanıb. K.Bağırov isə saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Femida.az

Açar sözlər:

Oxunub: 1457