Bakıda ikimərtəbəli ev yanıb


09:16     02 May 2021 21_05_02_1619930350.jpg

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 21 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, yüksək temperaturdan 1 ədəd kondisioner və dəhlizin tavanı 6 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 756