İranda kimyəvi zavodda partlayış baş verdi


13:00     02 May 2021 2021/05/29a692b4-0655-3be9-8fb6-68948c0a314b_850_1619946041.jpeg

İranın Qum şəhərində yerləşən kimyəvi zavodda yanğınla nəticələnən partlayış baş verib.

Bu barədə Femida.az “Fars” agentliyinə istinadən xəbər verir.

Hadisə yerli vaxtla 06:02-də (Bakı vaxtı ilə 05:32) Moldan kimya zavodundakı sənaye zonasında qeydə alınıb.

Güclü yanğından sonra bir neçə partlayış baş verib. Hadisə yerinə 150 yanğınsöndürən və canlı qüvvə cəlb edilib. Zavodun bir hissəsi boşaldılıb.

Açar sözlər:

Oxunub: 817