Çilidə güclü zəlzələ oldu
16:16 02 May 2021
Çilidə 5,8 bal gücündə zəlzələ baş verib.
Femida.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Geoloji Xidmətinin yaydığı məlumata görə, zəlzələnin episentri Kokimbo şəhərinin 31 km cənub-qərbində yerləşib. Yeraltı təkanlar 30,7 km dərinlikdə qeydə alınıb.
İlkin məlumata əsasən, zəlzələ nəticəsində itki olmayıb.
Oxunub: 806