Azərbaycanda daha 11 717 nəfər vaksinasiya olundu


19:40     02 May 2021 21_05_02_1619970005.jpg


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 11 717 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 685, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 032 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 516 923, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 975 208, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 541 715 təşkil edir.

Femida.az

Açar sözlər: #vaksin  

Oxunub: 225