Lerikdə kəndin mollası qadını öldürüb
09:47 03 May 2021
Lerik rayonunda qətl törədən şəxs tutulub.
Kənd bələdiyyəsindən Femida.az-a verilən məlumata görə, hadisə aprelin 28-də axşam saatlarında rayonun Barzavu kəndində qeydə alınıb.
Belə ki, həmin kənddə yaşayan 1981-ci il təvəllüdlü Zəkifə Feyruz qızı Fərziyevanın yaşadığı evində üzərində xəsarət izləri olan meyiti tapılıb.
Rayon hüquq-mühafizə orqanlarının keçirdiyi istintaq tədbirləri nəticəsində hadisəni Z.Fərziyevanın qonşusu Murad Əsgərovun törətdiyi məlum olub.
Məlumata görə, kəndin din xadimi (molla) M.Əsgərov Z.Fərziyevanın evdə tək olduğunu bilərək mənzilə daxil olub. Daha sonra o, qadına qarşı əxlaqsız hərəkətlər etməyə başlayıb. Bu zaman Z.Fərziyeva qışqıraraq qonşuları çağırmağa başlayıb. M.Əsgərov da cibində gəzdirdiyi bıçaqla qadının boğazını kəsərək, onu qətlə yetirib.
M.Əsgərov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Lerik Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, 3 uşaq anası olan Z.Fərziyevanın həyat yoldaşı Rusiyaya işləməyə gedib.
Femida.az
Oxunub: 700
Oxşar xəbərlər
- Lerikdə baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb
- Lerikdə yanğın olub, xəsarət alan var
- Lerikdə qadını qətlə yetirən mollaya hökm oxunub
- Lerik sakini ehtiyatsızlıqdan özünü güllələyib
- Bu il Lerikin 7 kəndinə qaz çəkiləcək
- Lerikdə qanunsuz qazıntı işləri aparan şirkətlə bağlı məhkəməyə müraciət olunub
- Lerikdə icra nümayəndəsi və xəstəxana əməkdaşına cinayət işi açılıb
- Lerikdə bir neçə kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
- Lerik-Kəlvəz yolunda qaya uçub
- Lerikdə bələdiyyə sədri barəsində cinayət işi məhkəməyə göndərilib