Son iki həftədə 730 kq narkotik vasitə dövriyyədən çıxarılıb


10:38     03 May 2021 1276068124_mak-narkotich.jpg

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev DGK əməkdaşlarının son günlər apardığı uğurlu əməliyyatlardan danışıb.

Femida.az xəbər verir ki ki, bu barədə S.Mehdiyev öz sosial şəbəkə hesabında məlumat verib.

"Ölkəmizin cənub sərhədlərində gömrük orqanlarının həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində, təkcə son iki həftə ərzində 5 fakt üzrə 730 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb", - S.Mehdiyev əlavə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 375