Lerikdə qətl törədən mollanın tutulması ilə bağlı rəsmi açıqlama
10:45 03 May 2021
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri Lerik rayonunda baş verən qətl hadisəsi ilə bağlı birgə məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən Femida.az-a daxil olan məlumatda deyilir.
Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Lerik rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.
Xəbər verildiyi kimi, aprelin 28-də saat 16 radələrində Lerik rayonunun Barzavu kənd sakini 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızının yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqla cinayətin mərhumun həmkəndlisi 1972-ci il təvəllüdlü Əsgərov Murad Gülbaba oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Murad Əsgərov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib, hadisə yerində ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı cinayətin törədilmə mexanizmini əyani olaraq göstərib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".
Qeyd edək ki, qətli törədən şəxs kəndin mollasıdır.
Femida.az
Oxunub: 730
Oxşar xəbərlər
- Lerikdə baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb
- Lerikdə yanğın olub, xəsarət alan var
- Lerikdə qanunsuz qazıntı işləri aparan şirkətlə bağlı məhkəməyə müraciət olunub
- Lerikdə icra nümayəndəsi və xəstəxana əməkdaşına cinayət işi açılıb
- Lerikdə bir neçə kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
- Lerikdə dağlıq ərazidə yanğın- Helikopter qaldırıldı
- Lerikdə meşə yanır
- Lerikdə qadını öldürən molla məhkəmə qarşısına çıxarılır
- Lerikdə şəhid ailəsinə yeni mənzil verilib
- Lerikdə kəndin mollası qadını öldürüb