Türkiyəyə göndərilən daha 2 qazi sağalaraq Vətənə döndü
10:21 03 May 2021
Vətən Müharibəsində ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən daha iki qazimiz sağalaraq Vətənə geri dönüb.
Femida.az xəbər verir ki, qazilərimiz Həmidov Kamran Qəribxan oğlunun və Quliyev Elnur İbadət oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 65 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
Femida.az
Oxunub: 791
Oxşar xəbərlər
- Daha 5 qazimiz sağalaraq Vətənə geri döndü - FOTO
- Nazir: “Ədliyyə işçiləri “YAŞAT” və Qarabağ Dirçəliş fondlarına 4,5 milyon manatdan çox ianələr edib”
- “YAŞAT” Fondunun növbəti iclası keçirilib
- "YAŞAT" Fondunun "Zəfər" Yarmarkası davam edir
- "Zəfər yarmarkası"ndan əldə olunan gəlir "YAŞAT"a köçürüləcək
- YAŞAT Fondu şəhid ailələri və qazilərə 44,5 milyon manatdan çox xərcləyib
- “İnnovasiyalar Mərkəzi” əməkdaşlarının və startapçıların qazilərlə görüşü keçirilib
- “YAŞAT” Fondu daha 4 qazimizi Türkiyəyə göndərdi
- Vergi cərimələrinin bir hissəsi "YAŞAT" Fonduna köçürüləcək
- Qazi haqda deyilənlər yalandır - "DOST" və “YAŞAT” birgə məlumat yaydı