Prezident Türkiyə və Serbiyanın yeni səfirlərinin etimadnamələrini qəbul edib


11:46     03 May 2021 21_05_03_1620028578.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının etimadnaməsini qəbul edib.

Femida.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 3-də Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçin də etimadnaməsini qəbul edib.



Femida.az

Açar sözlər:

Oxunub: 420