"Mən Qarabağam!" gənc dizaynerlərin gözü ilə adlı sərgi keçiriləcək


13:26     03 May 2021 2021/05/87c01ba2-9af1-48ab-8c62-ded261f58b76_1620034029.jpeg

Odlar Yurdu Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə 16 mart 2021-ci il tarixində start götürən "Mən Qarabağam!” gənc dizaynerlərin gözü ilə adlı yaradıcılıq layihəsinin yekunu olaraq 6 may 2021-ci il tarixində saat 11:00-da sərginin açılış mərasimi keçiriləcək.

Bu barədə Femida.az-a universitetin mətbuat katibi Pərvin Məmmədova məlumat verib.

Tədbir zamanı sərgi iştirakçıları təqdim olunan işlərlə tanış olacaq və sonda komandalar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq. Sərgi 10 may tarixinədək ziyarətçilər üçün açıq olacaq.

Qeyd edək ki, tədbir pandemiya şəraitinə uyğun olaraq həyata keçiriləcək.

Açar sözlər:

Oxunub: 221