Türkiyənin yeni səfiri Fəxri və Şəhidlər xiyabanını ziyarət edib


16:08     03 May 2021 2021/05/Şəh-1620041647_1620044227.jpg

Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı mayın 3-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Femida.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn səfir ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, onların adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üzərinə güllər düzüb.

Səfir Cahit Bağçı bildirib ki, burada uyuyan şəhidlər azərbaycanlı qardaşları ilə birlikdə düşmənlərə qarşı vuruşublar. Bununla da iki dövlət, bir millət olduğumuzu göstəriblər. Bu qəhrəmanlıqlardan ilham alan azərbaycanlı qardaşlarımız illər sonra işğal altında olan Qarabağı azad etdilər.

Açar sözlər:

Oxunub: 205