Ermənistan prezidenti barədə cinayət işi açılıb
16:24 03 May 2021
Ermənistanın Baş Prokurorluğu ölkə prezidenti Armen Sarkisyanın ikili vətəndaşlıq faktını gizlətməsi ilə bağlı cinayət işi açıb.
Femida.az xəbər verir ki, bu barədə ölkənin Vəkillər Palatasının sədri Ara Zöhrabyan feysbuk səhifəsində yazıb.
O xatırladıb ki, martın 30-da 53 vəkil A.Sarkisyanın ikili vətəndaşlığının olması faktının gizlədilməsi ilə əlaqədar məlumat yayıb və hüquq-mühafizə orqanlarına müraciət ediblər. Lakin Xüsusi İstintaq Xidməti cinayət işi başlamaqdan imtina edib. Vəkillər bu qərardan apellyasiya şikayəti veriblər.
“Şikayət əsasında Baş Prokurorluq Xüsusi İstintaq Xidmətinin qərarını ləğv edib və Cinayət Məcəlləsinin 325-ci maddəsinin 1-ci hissəsi (sənədlərin saxtalaşdırılması, icrası və ya istifadəsi) ilə cinayət işi açıb”, – A.Zöhrabyan deyib.
Qeyd edək ki, 53 vəkilin yayıdığı məlumatda qeyd olunub ki, A.Sarkisyanın ən azı 10 il – 2003-2012-ci illərdə – Britaniya vətəndaşlığı olub. O, 2018-ci ildə Ermənistan qanunlarına zidd olaraq prezident seçilib. Belə ki,
konstitusiyaya görə yalnız seçkidən əvvəl altı il müddətində Ermənistan vətəndaşı olmuş şəxs prezident seçilə bilər.
Bir müddət öncə Vəkillər Palatasının rəhbəri A.Sarkisyanın Britaniya vətəndaşlığının yalnız 2012-ci ilin noyabrında qüvvədən düşdüyünü bildirib. A.Sarkisyan isə 2018-ci il martın 2-də prezident seçilib. Konstitusiyaya görə, onun Britaniya pasportu 2012-ci il martın 1-dən gec olmayaraq ləğv edilməli idi.
Oxunub: 1106
Oxşar xəbərlər
- Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb
- Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində iki mülki şəxs yaralanıb
- Ermənistan ordusunun itkiləri 150-200 nəfərdir
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Ermənistanda daha bir xarici ölkə vətəndaşının meyiti aşkarlanıb
- Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlanıb
- Ermənistanda hərbçilər qəzaya düşüb, 1-i ölüb, 4-ü yaralanıb
- Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib
- Ermənistanda Rusiya üstündə atışma olub, 2 hərbçi ölüb, 5 nəfər yaralanıb
- Ermənistanda etirazlara görə 10 nəfər həbs edildi