Azərbaycanın valyuta ehtiyatları artıb
16:48 03 May 2021
Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 49 mlrd 117,5 mln ABŞ dolları təşkil edib.
Femida.az xəbər verir ki, bunun 87,1%-i və yaxud 42 mlrd 761,3 mln ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 12,9%-i və yaxud 6 mlrd 356,2 mln ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 816,2 milyon ABŞ dolları və yaxud 1,6% azalıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 803 milyon ABŞ dolları və yaxud 1,8% az, AMB-nin valyuta ehtiyatlarında isə 13,2 milyon ABŞ dolları və yaxud 0,2% azalma olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 374,2 milyon ABŞ dolları və yaxud 2,9% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 411,8 milyon ABŞ dolları və yaxud 3,4% çox, AMB-nin valyuta ehtiyatları isə 37,6 milyon ABŞ dolları və yaxud 0,6% azalma nümayiş etdirib.
Oxunub: 915
Oxşar xəbərlər
- Azərbaycanın Şimal-Qərb bölgəsində qaz olmayacaq
- Azərbaycanın 3 rayonunda qaz kəsiləcək
- Azərbaycanın ABŞ-dakı səfiri Prezident Cozef Baydenlə görüşüb
- Azərbaycanın NATO-dakı nümayəndəsi geri çağırılıb
- Azərbaycanın Baş prokurorunun İtaliyaya işgüzar səfəri başlayıb
- Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib
- Azərbaycanın daha 2 güləşçisinin medal görüşlərindəki rəqibləri bəlli olub
- Azərbaycanın mebel istehsalçıları yeni xammal bazarı axtarır
- Azərbaycanın Əməkdar həkimi vəfat edib
- Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu olub