AZAL Bakı-Mineralnıye Vodı-Bakı istiqaməti üzrə xüsusi reyslər yerinə yetirəcək


19:58     03 May 2021 21_05_03_1620054552.jpg

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Rusiya Federasiyasının daha bir şəhərinə - Mineralnıye Vodı - aviabilet satışına başlayır.

AZAL-dan Femida.az-a verilən məlumata görə, Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə xüsusi reyslər mayın 30-dan etibarən həftədə bir dəfə, bazar günləri yerinə yetiriləcək. Aviabiletləri aviaşirkətin azal.az rəsmi saytından əldə etmək mümkündür.

Hazırda “AZAL” Rusiyanın paytaxtı Moskva şəhərinə də xüsusi reyslər həyata keçirir.


Aviaşirkət “COVID-19” pandemiyası ilə əlaqədar olaraq sağlamlığın qorunması üçün bütün zəruri tədbirləri görür, aviadaşıyıcının reysləri hökumətin tövsiyələrinə uyğun olaraq həyata keçirilir.

Açar sözlər:

Oxunub: 463