Moskvada oteldə yanğın olub, 3 nəfər ölüb


09:12     04 May 2021 21_05_04_1620102847.jpg

Moskvanın cənub-şərqində, Kojukovskaya 26 ünvanında yerləşən oteldə yanğın baş verib.

Femida.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva Baş İdarəsi məlumat yayıb.

100 kv.m ərazini əhatə edən yanğın söndürülüb. Alovun söndürülməsi zamanı üç nəfərin cəsədi tapılıb.

Yanğın birinci mərtəbədə və dəhlizdə başlayıb. Hazırda xilas edilənlərin sayı dəqiqləşdirilir.

Açar sözlər:

Oxunub: 475