Qubada tanışını qətlə yetirən şəxs hakim qarşısına çıxarılır


11:08     04 May 2021 21_05_04_1620108536.jpg

Quba rayonunda tanışını qətlə yetirməkdə təqsirləndirilən Ələskərov Ələskər Şakir oğlunun cinayət işi üzrə ibtidai istintaq prosesi başa çatıb.

Femida.az -ın məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim İlham Mahmudovun icraatına verilib.

Qeyd edək ki, oktyabrın 21-i saat 18 radələrində Quba rayonu, Vladimirovka kənd sakini 1991-ci il təvəllüdlü Baratov Söhrab Fizuli oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı Ələskərov Ələskər Şakir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Söhrab Baratovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 807