Azərbaycan-İran sərhədində xidmət edən sərhədçilərə yeni tapşırıqlar verilib


16:45     04 May 2021 2021/05/ec784c3f-cd36-30bf-a817-30300407b262_850_1620132401.jpg

Azərbaycan-İran dövlət sərhədində xidmət edən sərhədçilərə yeni tapşırıqlar verilib.

Femida.az-ın xəbərinə görə, Azər­baycan Preziden­tinin köməkçisi - Prezident Administra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri general-pol­kov­nik Məhərrəm Əliyev və Dövlət Sər­həd Xid­mətinin (DSX) rəisi gene­ral-polkovnik Elçin Quliyev mayın 3-4-də işğaldan azad olunan ərazilərdə səfərdə olublar.

Səfər çərçivəsində həmçinin Azərbaycan-İran dövlət sərhədində Zən­gilan rayonu ərazisində “Bartaz” sərhəd zastavasında xidməti-döyüş fəaliy­yə­tinin təşkili, döv­lət sərhədinin etibarlı mühafizəsinin daha da yüksəl­dil­məsi üçün görülən işlərlə yerindəcə tanış olunub, şəxsi heyətin xidməti və yaşayış şəraitinə baxış keçirilib, zəruri tapşı­rıq və tövsiyələr verilib.

Açar sözlər:

Oxunub: 873