Oğurladığı maşınla tutuldu


19:19     04 May 2021 21_05_04_1620138558.jpg


Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə müraciət edən paytaxt sakini M.Dadaşov mayın 3-də saat 1 radələrində Keşlə qəsəbəsindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini F.Bayramov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 688