Azərbaycan üç hərbçini Ermənistana təhvil verib


19:00     04 May 2021 21_05_04_1620144938.jpg


Azərbaycan üç hərbçini Ermənistana təhvil verib.

Femida.az-ın xəbərinə görə, bu barədə "Caliber.az" məlumat yayıb.

Bunlar Rovert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyandır. Onlar Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanizm siyasətinə uyğun olaraq geri qaytarılıb.

İstintaq zamanı həmin hərbçilərin Azərbaycana qarşı terror aktlarında iştirak etmədikləri təsdiqlənib.

Erməni hərbçiləri aparmaq üçün Qarabağdakı Rusiya sülhməramlılarının komandanı general-leytenat Rüstəm Muradov xüsusi hərbi təyyarə ilə Bakıya gəlib. Artıq təyyarə erməni hərbçiləri götürərək Ermənistana yola düşüb və yaxın saatlarda Yerevana çatacağı gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 680