Şirvanda arvad ərini bellə döyüb


10:24     05 May 2021 21_05_05_1620188707.jpg

Şirvan şəhərində döyülmə hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Abdullayev Rövşən Mikayıl oğlu həyat yoldaşı tərəfindən bellə döyülərək müxtəlif xəsarətlər alıb.

O, Şirvan şəhər Mərkəzi Xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 669