Azərbaycanda xalq şairi vəfat etdi


08:46     05 May 2021 21_05_05_1620208512.jpg


Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca uzun sürən xəstəlikdən sonra vəfat edib.

O, 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub.

Mərhum I Fəxri xiyabanda torpağa tapşırılacaq.

Pandemiya şəraitinə görə mərhumla vida mərasimi keçirilməyəcək.

Femida.az

Açar sözlər: #şair  

Oxunub: 975