Bakıda avtomobillə vurulan 17 yaşlı gəncin ayağı sındı


11:30     05 May 2021 21_05_05_1620190128.jpg

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Zabrat qəsəbəsində, 2004-cü il təvəllüdlü Şirinov Riad Mehman oğlu velosipedlə hərəkətdə olarkən avtomobil onu vurub.

Yaralı hadisəni törədən sürücünün köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona ayağının sınığı diaqnozu qoyulub.

Açar sözlər:

Oxunub: 779