"Space"in yeni rəhbəri bu xanım oldu
13:42 05 May 2021
"Space" teleradio şirkətinə yeni rəhbər təyin olunub.
Bu vəzifəyə Ülviyyə Mikayılova təyinat alıb.
Ülviyyə Mikayilova yeni təyinatı barədə məlumatı "Report"a təsdiq edib.
Qeyd edək ki, Ü.Mikayılova 1959-cu ildə anadan olub.
O, ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.
Xatırladaq ki, 2006-2021-ci illərdə "Space"in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb. / Report
Femida.az
Oxunub: 466
Oxşar xəbərlər
- Baku TV, “Space” və APA TV-nin jurnalistləri Daşkəsəndə təzyiqlə üzləşiblər
- “Space” TV-nin icraçı direktoru işdən çıxarıldı
- "Space"ə yeni direktoru təyin olundu
- "Space" TV-yə yeni rəhbər təyin edilib
- Daha üç xarici kanal “Azerspace-1”lə yayıma başladı
- “TRT World” kanalı “Azerspace-1” peyki ilə yayıma başlayıb
- “Space” televiziyasının efiri 3 saatlıq dayandırılacaq
- “Space” TV-yə qarşı 26 min manatlıq iddia ilə bağlı qərar verildi
- Dövlət Komitəsi “Space” televiziyasını məhkəməyə verib
- Yeni kanallar “Azerspace-1”lə yayıma başladı