İtkin düşən daha bir hərbçimizin şəhid olduğu təsdiqləndi


13:55     05 May 2021 21_05_05_1620209157.jpg


Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.

Femida.az-ın xəbərinə görə, döyüşlərin ilk günlərindən itkin düşən Mingəçevir sakini, 1990-cı il təvəllüdlü Tağıyev Pərviz Hafiz oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

"Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun-kiçik çavuş Tağıyev Pərviz Hafiz oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub. İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır. Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik", - deyə Hərbi Prokurorluqdan bildirilib.

Onun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkarlanıb.

Şəhid bu gün Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

P.Tağıyev subay idi.

Allah rəhmət eləsin!

Femida.az

Açar sözlər: #şəhid  

Oxunub: 656